<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>277</hymn_number>
<lyrics>[V1]
 Səni mən Göylərdən gözlərəm,
 Gözlərəm mən Səni, mənim İsam.
 Sənin gəlişini gözləmək üçün
 Verirsən mənə ümid və iman.

[C1]
   Göylərdə olmağı arzularam,
   Göylərdə olmağa çalışaram,
   İstərəm, Əbədi həyat evimi,
   İstərəm İsam ilə olmağı.

[V2]
 Səni gözlərəm mən Göylərdən
 Səninlə əbədi olmaq üçün,
 Vəd etdiyin xoşbəxtliyə qovuşmaqçün,
 Səninlə göylərdə qarşılaşmaq üçün.

[V3]
 Göylərdən Sən xəbər gətirmisən,
 Atanın lütfündən Müjdə vermisən.
 Tələsirəm mən Göylərə,
 Səninlə əbədi olmaq üçün.</lyrics>
<title>Səni mən Göylərdən gözlərəm İL277</title>
</song>